BMT: İlin əvvəlindən Avropa yolunda 2 mindən çox miqrant həlak olub və ya itkin düşüb

BMT: İlin əvvəlindən Avropa yolunda 2 mindən çox miqrant həlak olub və ya itkin düşüb

2017-ci ilin əvvəlindən Avropaya Aralıq dənizi ilə yollanan 2253 nəfər həlak olub və ya itkin düşüb, quru yolu ilə yollanan azı 40 miqrant həlak olub.
 
Bu barədə BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlıq idarəsinin Avropaya xilas olmaq üçün yollanan miqrantlar barədə verdiyi hesabatda deyilir.
 
İdarənin məlumatına görə, Aralıq dənizi vasitəsilə yollanan miqrantların sayı kəskin azalıb. Avropaya ilin ilk yarısında 107 min nəfər gəlib. Bununla yanaşı olaraq yalnız Türkiyədən Yunanıstana olan marşrutda 94% azalma müşahidə olunur: yanvardan Yunanıstan sahillərinə (2016-cı  ilin ilk altı ayında 150 minə qarşı) 9 minə qədər miqrant və qaçqın çatıb. Eyni zamanda Şimali Afrikadan İtaliya sahillərinə qədər çatan miqrant və qaçqınların sayı ötən illə müqayisədə təxminən həmin səviyyədə qalıb. İyunun sonuna olan məlumata görə, bu marşrutdan təxminən 84 min nəfər istifadə edib.
 
Məruzəyə əsasən ilin əvvəlindən bəri Avropaya gəlmiş miqrantların əksəriyyəti (12%) Nigeriyadan olanlardır. Bu ölkənin şimal-şərqində "Boko-Haram" terrorçu təşkilatı fəaliyyətini davam etdirir. Sonra Qvineya (10%), Fildişi Sahili və Banqladeş (hərəsi 9%) vətəndaşları gəlir. Beşinci ölkə qaçqınlarının Avropaya gəlmiş miqrantların ümumi sayının təxminən 7%-ni təşkil etdiyi Suriyadır.
 
İdarədən bildirirlər ki, Avropaya olan ən təhlükəli marşrut səhradan keçilməsi kimi ağır məşəqqətlər və çox vaxt işgəncələr və cinsi zorakılığa məruz qalma halları üzündən Liviya vasitəsilə keçir. 
 
BMT-də ölkələri miqrantların və qaçqınların üzləşdiyi problemlərə daha çox diqqət yetirməyə, o cümlədən, onları dəniz yolu ilə qanunsuz daşıyaraq ölümcül təhlükə qarşısında qoyanlara qarşı mübarizəyə çağırıb. (islaminsesi) /

Google+ WhatsApp ok.ru