BMT: Müharibə Yəməni inkişafdan azı 20 il geri salıb

BMT: Müharibə Yəməni inkişafdan azı 20 il geri salıb

Müharibə Yəməni azı 20 il geri salıb.
 
Maide.Az "FaktXeber"-a istinadla verdiyi məlumatına görə, bu barədə  BMT-nin  İnkişaf proqramının  sifarişi ilə həyata keçirilən araşdırmada bildirilib.
 
Hesabatda deyilir ki, əgər müharibə bu il qurtarsa, o zaman iqtisadi itkilər 88,8 milyard dollar  təşkil edəcək. Münaqişə 2030-cu ilə kimi  davam eləsə, bu əhalinin 71 faizinin hədsiz yoxsulluğuna, 84 faizinin isə aclığına gətirəcək, iqtisadi itkilər 657 milyard  dollar təşkil edəcək.
 
Qurumun Yəməndəki nümayəndəsi Auke Lutsma bəyan edib ki, hətta sabah sülh olsa belə, Yəmənin münaqişədən əvvəlki dövrə qayıtması üçün neçə on illiklər lazımdır.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

Google+ WhatsApp ok.ru