BMT Myanma ordusunu qara siyahıya aldı

BMT Myanma ordusunu qara siyahıya aldı

-- ötən il dünyanın 19 ölkəsində müharibələr baş verib

Arakanlı müsəlmanlara işgəncələr verərək qətlə yetirən buddist Myanma ordusu BMT-nin qara siyahısına salınıb.
 
Maide.Az “aclinews”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoni Quterreşin hesabatında bildirib.
 
Hesabatda qeyd edilib ki, ötən il dünyanın 19 ölkəsində müharibələr baş verib və ən çox qadınlar şiddətə və cinsi zorakılığıa məruz qalıblar.
 
Quterreş Myanma ordusunun da arakanlı qadınlara eyni hərəkətləri etdiklərini vurğulayıb.
 
Qeyd edə ki, ötən ilin 25 avqustundan etibarən 1 ay müddətində 10 minə yaxın arakanlı ifratçı buddistlər və Myanma ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib, 690 minə yaxın müsəlman isə Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınıb.
 

 

Google+ WhatsApp ok.ru