BMT: Myanmada rohinca müsəlmanlarına qarşı etnik təmizləmə davam edir

BMT: Myanmada rohinca müsəlmanlarına qarşı etnik təmizləmə davam edir

-- 690 min müsəlman Banqladeşə sığınıb

BMT-nin Myanma hökumətini Raxin ştatına humanitar çıxış təmin etməyə çağırmasına baxmayaraq, Myanmada rohinca müsəlmanlarına qarşı etnik təmizləmə və onların evlərindən qovulması davam edir.
 
Maide.Az "Report" -a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin insan hüquqları üzrə köməkçisi Endryu Gilmor bildirib.
 
Onun sözlərinə görə, rohinca müsəlmanlarına  qarşı zülm insanların evlərindən köçməsi üçün terror və aclıq kampaniyası ilə müşayiət olunur.
 
Daha əvvəl BMT Baş katibi Antoniu Quterriş Myanmada  rohinca müsəlmanlarının zorla evlərindən çıxarılmasını etnik təmizləmə adlandırıb və Myanma hökumətini Rakhayn ştatına maneəsiz çıxış imkanı yaratmağa, beynəlxalq ictimaiyyəti isə Banqladeşə qaçanlara dəstək təmin etməyə çağırıb.
 
Xatırladaq ki, ötən il avqustun  25-dən  etibarən Myanmada zülm və işgəncələr səbəbindən 690 min müsəlman Banqladeşə sığınıb. 350-yə yaxın isə müsəlman kəndi yandırılıb.
 
Rəsmi rəqəmlərə görə, ordu və ifratçı  buddistlərin hücumları nəticəsində 400-dən çox müsəlman öldürülüb.   
 
1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin  ifratçı buddistlrəin və Myanma ordusunun  sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb. 
 

Google+ WhatsApp ok.ru