BMT: Myanmadan 624 min Rohinca müsəlmanı qaçıb

BMT: Myanmadan 624 min Rohinca müsəlmanı qaçıb

-- Son dövrlərdə gündə orta hesabla 430 qaçqın Myanmadan Banqladeş ərazisinə keçir

Son üç ay ərzində Myanmadan Banqladeşə 620 mindən çox Rohinca müsəlmanı qaçıb.
 
Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.
 
“Avqustun 25-dən etibarən Banqladeşə gələn Rohinca müsəlmanlarının sayı 624 minə çatıb” — deyə S.Düjarrik bildirib. 
 
Onun sözlərinə görə, son dövrlərdə gündə orta hesabla 430 qaçqın Myanmadan Banqladeş ərazisinə keçir.
 
Xatırladaq ki,  Cari ilin avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb. 
 
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.
 
 
 

 

Google+ WhatsApp ok.ru