BMT: Müharibəyə görə hər 10 dəqiqədə 1 yəmənli uşaq həyatını itirir 27 Yanvar 2017 02:00 Yəmən BMT Baş katibinin Humanitar fəaliyyət üzrə müavini Stephen O'Brayn cümə axşamı günü Yəməndə insan faciəsi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, cari ildə bu ölkədə aclıq baş verəcək. Maide.Az xəbər verir ki, Stephen O'Brayn deyib ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə davamlı hücumları nəticəsində bu ölkədə ərzaq təhlükəsizliyi böhran həddinə çatıb və insani faciə getdikcə artır. “Hər 10 dəqiqədə ən az bir yəmənli uşaq həyatını itirir. Yəməndəki döyüşlər dünya qida təhlükəsizliyi sahəsində fövqəladə hal elan edilməsi üçün ən böyük səbəbdir. Əgər bu ölkədə tez bir zamanda tədbir görülməzsə, 2017-ci il qıtlıq ili olacaq”. O deyib ki, Yəmən xalqının təqribən 80 faizinin (14 milyon nəfərin) ərzaq yardımlarına ehtiyacı var. “Bu insanların yarısından çoxu artıq aclıqla üz-üzədir. Ən az 2 milyon yəmənlinin yaşaması üçün zəruri ərzaq yardımına ehtiyacı var.” S. O'Brayn deyib ki, ümumiyyətlə Yəməndə uşaqların durumu çox acınacaqlıdır. Teqlər : #BMT: Müharibəyə görə hər 10 dəqiqədə 1 yəmənli uşaq həyatını itirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənlilər Səudiyyə rejiminin Apaçi hərbi helikopterini vurdu ABŞ xüsusitəyinatlıları Yəməndə 16 uşaq və qadını qətliam edib - FOTO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'