BMT-nin baş katibi ABŞ-ın İranla sazişdən çıxmasından `olduqca narahatdır`

BMT-nin baş katibi ABŞ-ın İranla sazişdən çıxmasından `olduqca narahatdır`

-- Sazişin digər üzvlərini öhdəliklərinə tam əməl etməyə çağırıram

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ İranla nüvə sazişindən çıxmasından sonra sazişin digər iştirakçılarını öz öhdəliklərinə tam əməl etməyə çağırıb.
 
Trend-in məlumatına görə, bu barədə baş katibin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir: "Mən ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxması və sanksiyaların sərtləşdirilməsinə başlamasında olduqca narahatam. Mən Birgə Hərtərəfli Fəaliyyət Planının digər iştirakçılarını öz öhdəliklərinə tam əməl etməyə və BMT-nin bütün digər üzvlərini bu sazişi dəstəkləməyə çağırıram".
 

Google+ WhatsApp ok.ru