BMT-nin baş katibi: Rohincalılar faləkətli vəziyyətlə üzləşiblər 14 Sentyabr 2017 01:00 Dünya Myanmada Rohinca müsəlmanları fəlakətli humanitar vəziyyətlə üzləşib, BMT-nin baş katibi bildirib. Maide.Az BBC-ə istinadən xəbər verir ki, Antonio Guterres qeyd edib ki, deyildiyi kimi təhlükəsizlik qüvvələri tərəfindən Rohinca kəndlilərinə hücumlar tamamilə yolverilməzdir. BMT Təhlükəsizlik Şurası zorakılığın dayandırılması üçün təcili addımlar atmağa çağırıb. Ötən aydan bəri təxminən 379 min Rohincalı Myanma ordusunun zorakılığından canlarını götürüb Banqladeşə qaçıb. Onların kəndlərində bütün evlər yandırılıb. Buddistlərin çoxluq təşkil etdiyi Raxin vilayətində yaşayan Rohincalar, onları qanunsuz miqrantlar adlandıran Myanmada uzun müddətdir ki, təqiblərlə üzləşirlər. Onlar uzun illərdir ki, Birma kimi də tanınan Myanmada yaşasalar da, vətəndaşlıqla təmin edilmirlər. Teqlər : #BMTnin baş katibi: Rohincalılar faləkətli vəziyyətlə üzləşiblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya üzrə `Astana-6` başlayır - Bütün iştirakçılar gəldi Tacikistan prezidentinin təyyarəsi qəza törətdi - Aeroport rəisi öldü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO