BMT-nin Ərəbistana xəbərdarlığı

BMT-nin Ərəbistana xəbərdarlığı

Əl-Hudəydə limanına hücum planı
 
BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanına xəbərdarlıq edib. Yəmənə daxil olan ərzaq məhsullarının 80 faizi Əl-Hudəydə limanından gəlir. Bu limanı nəzarətə götürmək üçün Amerika ilə birlikdə plan cızan Ərəbistana xəbərdarlıq edilib ki, müharibəni Əl-Hudəydə limanına çəkməsin. Riyaz bu xəbərdarlığa məhəl qoyacaqmı?
 
Ərəbistanın başçılığı altında koalisiyanın Yəmənə hücumu nəticəsində ciddi humanitar faciə yaşanır. Dünya Səhiyyə Təşkilatı bir bəyanat yayaraq bildirib ki, Yəmənin 19 vilayətində 789 nəfər vəbadan həlak olub. (vilayetinfo) /

Google+ WhatsApp ok.ru