BMT-nin Baş Assambleyası ABŞ-ın HƏMAS əleyhinə layihəni rədd etdi

BMT-nin Baş Assambleyası ABŞ-ın HƏMAS əleyhinə layihəni rədd etdi

BMT-nin Baş Assambleyasında ABŞ-ın HƏMAS-ın pislənilməsini istədiyi və iki dövlətli həlldən bəhs etmədiyi qərar layihəsi rədd edilib.
 
 Deyerler.org xəbər verir ki, ABŞ-ın hazırladığı layihə 193 üzvlü BMT Baş Assambleyasında müzakirə olunub.
 
Anadolu agentliyinin xəbərinə görə, layihə səsverməyə çıxarılmazdan əvvəl səsvermə metodlarının müzakirə olunduğu BMT Baş Assableyasında, ABŞ layihənin səslərin 2/3 hisəsini alması əvəzinə sadə çoxluqla qəbul edilməsini tələb edib, ancaq ABŞ-ın səsverməyə təqdim olunan bu tələbi qəbul edilməyib.
 
ABŞ-ın BMT Baş Assambleyasına təqdim etdiyi layihəyə 87 ölkə dəstək versə də, 57 ölkə əleyhinə səs verib, 33 ölkə isə bitərəf qalıb. ABŞ-ın HƏMAS-ın pislənməsini istəyən və iki dövlətli həlldən bəhs etməyən qətnamə layihəsi BMT Baş Assambleyasında lazım olan dəstəyi almadığı üçün qəbul edilməyib.
 

Google+ WhatsApp ok.ru