BMT-nin baş katibi: ‘2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək’

BMT-nin baş katibi: ‘2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək’

Əgər müharibə edən tərəflər sülh sazişi bağlamasa və humanitar böhranın qarşısını almasalar, 2019-cu ildə Yəməndə vəziyyət daha da pisləşəcək.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, bu haqda BMT-nin baş katibi Antonio Quterreş Dohada keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, külli miqdarda Yəmən sakini ərzaq çatışmazlığına görə faciəli şəkildə ölür.
 
Baş katib qeyd edib ki, 2019-cu ildə sülh olmasa, dünya həmin ölkədə bugünkü gündən də pis vəziyyətlə qarşılaşacaq.
 
Liman şəhəri Hodeydənin qaynar ərazilərində döyüş əməliyyatlarına son qoymaq üçün cümə günü atəşin dayandırılması haqqında saziş bağlanılıb. 
 
Qeyd edək ki, artıq 5 ilə yaxındır ki,  Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşib. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  

Google+ WhatsApp ok.ru