BMT-nin baş katibi: Rohincalılar faləkətli vəziyyətlə üzləşiblər

BMT-nin baş katibi: Rohincalılar faləkətli vəziyyətlə üzləşiblər

Myanmada Rohinca müsəlmanları fəlakətli humanitar vəziyyətlə üzləşib, BMT-nin baş katibi bildirib.
 
Maide.Az BBC-ə istinadən xəbər verir ki, Antonio Guterres qeyd edib ki, deyildiyi kimi təhlükəsizlik qüvvələri tərəfindən Rohinca kəndlilərinə hücumlar tamamilə yolverilməzdir.
 
BMT Təhlükəsizlik Şurası zorakılığın dayandırılması üçün təcili addımlar atmağa çağırıb.
 
Ötən aydan bəri təxminən 379 min Rohincalı  Myanma ordusunun zorakılığından canlarını götürüb Banqladeşə qaçıb.  Onların kəndlərində bütün evlər yandırılıb.
 
Buddistlərin çoxluq təşkil etdiyi Raxin vilayətində yaşayan Rohincalar, onları qanunsuz miqrantlar adlandıran Myanmada uzun müddətdir ki, təqiblərlə üzləşirlər.
 
Onlar uzun illərdir ki, Birma kimi də tanınan Myanmada yaşasalar da, vətəndaşlıqla təmin edilmirlər.
 

Google+ WhatsApp ok.ru