BMT-nin baş katibindən daha bir ikiüzlü baxış

BMT baş katibi Pan Gi-mun Burkina Fasodakı hərbi çevrilişi pisləyərək, həbs olunan bütün şəxslərin dərhal azadlığa buraxılmasını istədi

BMT Baş Katibinin mətbuat xidmətindən verilən məlumata görə, baş katib Pan, ölkədəki siyasi keçid prosesinin konstitusiya və keçid müqaviləsinə uyğun olaraq qaldığı yerdən davam etdirilməsi çağırışı edib.
 
Maide.az xəbər verir ki, ölkədəki qarşıdurmalardan  da narahat olduğunu bildirinə Pan, təhlükəsizlik qüvvələrindən təmkinlə hərəkət etmələrini və vətəndaşların hüquq və ləyaqətlərini gözləmələrini istəyib.
 
Baş katib Pan, hərbi çevrilişinin və davamındakı hadisələrin səbəbkarlarının məhkəmə qarşısına çıxarılmasını da tələb edib.
 
Digər tərəfdən, BMT baş katibinin sözçüsü Staphane Dujarric, mətbuat konfransında jurnalistin, "BMT üçün hərbi çevrilişinin meyarları nədir" sualına cavab olaraq, "Burkina Fasoda nələr baş verdiyini birbaşa gördük. Biz hərbi güc istifadə edərək baş verən bütün hakimiyyət dəyişikliklərini pisləyirik. Xüsusilə Burkina siyasi keçid prosesində bu baş tutdu", - deyib.
 
Dujarric, "Misirdə baş verənləri necə xarakterizə edirsiniz" sualına isə, "İki halı bir-bir ilə müqayisə etməyin doğru olduğunu düşünmürəm", - deyə cavab verib.
 
Xatırladaq ki, BMT baş katibi Pan, Misirdə 2013-cü ildə Məhəmməd Mursinin hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılmasını "dövlət çevrilişi" kimi tanımamışdı.

Google+ WhatsApp ok.ru