BMT- nin səlahiyyətli nümayəndəsi, Qəzza üçün `təcili tədbir` çağırışı etdi

BMT- nin səlahiyyətli nümayəndəsi, Qəzza üçün `təcili tədbir` çağırışı etdi

BMT- nin Humanitar Yardım Koordinatoru Jamie McGoldrick,  yazılı hesabatında, işğalçı İsrailin Qəzzaya tətbiq etdiyi məhdudiyyətlərin artmasının ardından, bölgədəki vəziyyətin daha kritik bir hal aldığını bildirib.
 
Maide.Az "milliyyet"ə istinadən xəbər verir ki, Qəzza Zolağındakı yeganə ticarət sərhəd qapısı olan Kərm Əbu Salimin bağlanması, qaz və yanacaq girişinə qadağa qoyulması kimi atılan son addımların narahatlıq yaratdığına diqqət çəkən McGoldrick,  işğalçı rejim  rəhbərliyinin 9 iyulda qəbul etdiyi və bazar ertəsi günü əlavələr etdiyi sanksiyaların, səhiyyə sahəsi başda olmaqla bölgəni böyük bir çətinliyə sala biləcəyini qeyd etib.
 
Qeyd edək ki, ötən gün işğalçı rejim  Kərəm Əbu-Salim keçidini, Misir isə Rəfəh keçidini qəzzalı fələstinlilərin üzünə bağlayıb. Qəzzada 2 milyondan artıq insan bu iki sərhəd keçidindən qidalanır.
 
Xatırladaq ki, son iki ayda Qəzzadan atılan yanan çərpələnglər İsrailin işğalında olan əkin sahələrində çoxlu yanğınlar törədib və İsrail hökumətini onlarla milyon dollar zərərə salıb.
 
Qeyd edək ki, Qəzza 12 ildir hava quru və sudan İsrailin mühasirəsindədir.
 

 

Google+ WhatsApp ok.ru