BMT-nin Tərksilah Komitəsinin Suriyaya təşəkkür etdi

BMT-nin Tərksilah Komitəsinin baş nümayəndəsi və sədri kimyəvi silahların məhvi sahəsindəki həmkarlığa görə Suriyaya təşəkkür edib və deyib: "Qara buludların hər tərəfi bürüdüyü hazırkı şəraitdə Suriya dövlətinin kimyəvi silahların məhvi sahəsindəki qərarı ümid nuru kimi saçır."
 
Maide.az xəbər verir ki, Ancela Kin BMT-nin Tərksilah Komitəsinin illik iclasındakı çıxışında hazırkı həssas şəraitdə nüvə silahı və digər qeyri-adi silahların yayılmaması sahəsində anlaşmaya çatmaq üçün üzv ölkələrin daha fəal həmkarlığını istəyib.
 
BMT-nin Tərksilah Komitəsinin sədri deyib ki, nüvə silahına malik olan və olmayan ölkələr arasında bu həddə fərq görməmişdm və bu fərq və ölkələrin fikir ayrılıqları dünyada silahların yayılmasının qadağası sahəsində əsas maneədir. 
 
Ancela Kin sonra silah ticarəti müahidəsinin icra olunmasını silaha nəzarət sahəsində dönüş nöqtəsi və böyük nailiyyət adlandırıb.
BMT-nin Tərksilah Komitəsinin sədri sonda bu komitənin zəif fəaliyyətini etiraf edərək, BMT-nin Tərksilah Komitəsinin illik iclasının simvolik tədbirə çevrilməsindən təəssüflənib.

Google+ WhatsApp ok.ru