BMT-nin Tehrandakı ofisi qarşısında mitinq keçirilib (FOTO)

Bir sıra qeyri-hökumət təşkilatları və eləcədə Tehran şəhərinin əhalisi BMT-nin bu şəhərdəki ofisi qarşısında toplaşaraq Sionist rejimin Qəzzədə törətdikləri cinayətlərə, günahsız uşaqların və qadınların qətliamına qarşı   etiraz ediblər.
Maide.az-ın İran televiziyasına istinadən məlumatına görə, mitinq iştirakçıları “Amerikaya ölüm olsun”, “İsrailə ölüm olsun” şüarları səsləndiriblər və beynəlxalq qurumları sionist rejimin Fələstinin işğal olunmuş ərazilərdəki törətdiyi soyqırımlara qarşı sakit oturmamağa çağırıblar.
Mitinq iştirakçıları həmçinin İslami ölkələri Qəzzənin müdafiəsiz xalqına dəstək olmağa çağırıb.
Mitinqin sonunda Qeyri – Hökumət Təşkilatları qətnamə qəbul ediblər və İsrail rejiminin cinayətlərini pisləyərək Qəzzədə günahsız uşaqların qətliamına son qoymağa çağırıblar.
 Sionist rejimin Qəzzəyə qarşı son hava hücumlarında 200-ə yaxın fələstinli şəhid və 1300-dən çox fələstinli isə  yaralanmışlar. Şəhidlərin çoxu qadın və uşaqlardır.
 

Google+ WhatsApp ok.ru