BMT-nin Uşaq Fondu İsrailə uşaqlara qarşı silah istifadə etməməyə çağırıb

BMT-nin Uşaq Fondu - UNİCEF, İsrail tərəfindən zorakılığa və hücuma məruz qalan uşaqların taleyindən nigaran olduğunu bildirib. 
İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, beynəlxalq UNİCEF təşkilatı İsrail rejiminin fələstinli uşaqlara və yeniyetmələrə qarşı zor tətbiq etməsindən ciddi şəkildə narahat olduğunu  bildirib.
“Qüdsün şərqində və İordan çayının qərb sahillərində 2015-ci ilin son 3 ayında 25 uşaq və yeniyetmə həyatını itirib, 1300 isə yaralanıb.  Sionist rejimi 17 yaşlı fələstinli gənc qızı 5 güllə ilə öldürüblər. Yeniyetmə qız üzərində heç bir soyuq silahın olmadığını bildirsədə,  İsrail əsgərləri onu güllələyiblər.”, - deyə BMT-nin Uşaq Fondunun açıqlamasında bildirilir.
UNİCEF İsrail polisi və əsgərlərinin fələstinli uşaq və yeniyetmələri  kütləvi surətdə həbs etməsini da hesabatına salıb.
 
Maide.Az xəbər verir ki, bəzi statistikalara görə, 2000-ci ildən indiyədək 2200 -dən çox uşaq Fələstində həyatını itirib. Hesablamalara görə, bu da o deməkdir ki, ən azı işğalçı İsrail rejimi 2000-ci ildən indiyədək hər həftədə 3-5 uşağı öldürüb. Bu bir qətliamdır.  Bəzi KİV-lər məlumat verir ki,  Amerika gələn 10 il ərzində işğalçı İsrail rejiminə  45-50 milyard dollar yardımetməyi planlaşdırır. Təbidir ki, işğalçı rejiminalacağı bu yardımın  böyük hissəsi Fələstin xalqının işkəncəsi, evlərinin dağıdılması və öldürülməsinə istifadə olunacaq. 
 

 

Google+ WhatsApp ok.ru