BMT: Qəzzadakı xəstəxanaların durumu  narahatlıq doğurur

BMT: Qəzzadakı xəstəxanaların durumu narahatlıq doğurur

-- İşğalçı İsrail rejiminin blokadası nəticəsində 2006-cı ildən...

Bİrləşmiş Mİllətlər Təşkilatı (BMT) elan edib ki, İsrailin zülmünə məruz qalan Qəzzadakı xəstəxanaların vəziyyəti narahatlıq doğurur.
 
Maide.Az “Alalam”-a istinadən xəbər verir ki, BMT yayımladığı açıqlamada  bildirir ki,  elektrik və yanacaq  krizisi səbəbindən Qəzzadakı  bəzi xəstəxanalar və  sağlıq ocaqlarında  generatorlar çalışmır.  “Bu problem tez bir zamanda  öz həllini tapmalıdır. Qəzzanin müxtəlif bölgələrində yerləşən sağlıq ocaqlarında işləyən generatorların dayanması təhlükəsinə  görə narahatıq” 
 
İşğalçı İsrail rejiminin  blokadası nəticəsində 2006-cı ildən indiyədək  Qəzzada elektrik enerjisi problemə çevrilib.  Bölgədə elektrik enerjisini təmin etmək üçün 600 meqavat elektriyə ehtiyac var,lakin  bunun yalnız 210 meqavatı təmin edilir. 
 

Google+ WhatsApp ok.ru