BMT: Qəzzada  1 milyondan artıq fələstinli  yoxsulluq həddinin altında  yaşayır

BMT: Qəzzada 1 milyondan artıq fələstinli yoxsulluq həddinin altında yaşayır

Sionist rejimin  davamlı mühasirəsinə  və bölgədəki infrastruktur imkanlarının olmaması səbəbiylə   Qəzzada yaşayan 1 milyondan artıq fələstinli  yoxsulluq həddinin altında  yaşayır. 
 
Maide.Az xəbər verir ki,  bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni hesabatında bildirilir. 
 
Bu hesabat çərşənbə günü BMT-nin  inkişaf və ticarət konfransında yayımlanıb. 
 
Hesabatda 2007-2018-ci  illər ərzində  baş verən hadisələr və məlumatlar dərc olunub. 
 
BMT-nin Fələstin xalqına yardım üzrə koordinatoru Mahmud əl-Xafif bildirib ki, Qəzzanın mühasirəsi davam edərsə vəziyyət daha da pisləşəcək.
 
"İki milyondan artıq fələstinlinin Qəzza zolağında ədalətsiz və haqsız mühasirəsi dərhal qaldırılmalıdır. Onların sərbəst hərəkət etmələri, ticarət etmələri, xarici dünya ilə ticarət etmələri və Qəzza zolağı xaricində ailələri ilə ünsiyyət qurmaları təmin edilməlidir." 
 
Hesabatda bildirilir ki, 2007-ci ildən Qəzza xalqı sionist rejim tərəfindən qurudan, havadan və dənizdən mühasirədə saxlanılır.  Bu bölgənin  xarici ölkələrlə ticarəti və ixracat  dayandırılıb. Qəzzaya idxal isə minimuma endirilib.  Qəzzada sağlam içməli su problemi var. Elektrik enerjisi yoxdur. 
 
Birləşmiş Millətlər Təşkilatının hesabatında bildirilir ki, Qəzzanın sionist İsrail rejimi tərəfindən 13 illik mühasirəsi dövründə indiyədək bu bölgədə 3793 fələstinli öldürülüb,  18.000 nəfər yaralanıb və Qəzza əhalisinin yarısından çoxu evlərindən didərgin düşüb. 1500-dən çox ticarət və sənaye şirkəti, eləcə də Qəzzadakı enerji, su, kanalizasiya, səhiyyə və təhsil müəssisələri və hökumət binaları da daxil olmaqla təxminən 150.000 mənzil və infrastruktur dağıdılıb.
 

Google+ WhatsApp ok.ru