BMT: 'İran 40 ildir qaçqınlara ev sahibliyi edən nümunəvi ölkədir'

BMT: 'İran 40 ildir qaçqınlara ev sahibliyi edən nümunəvi ölkədir'

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyadakı əfqanıstanlı qaçqınların vəziyyətinə dair hesabatında İran İslam Respublikasının 3.6 milyon əfqanıstanlı qaçqını qəbul etmək səylərini yüksək qiymətləndirib və İranı qaçqınlara ev sahibliyi etməkdə nümunə kimi göstərib.

 
Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu hesabatda əfqanıstanlı uşaqların İran məktəblərində rahat təhsil imkanlarına sahib olduqlarını göstərən şəkillər paylaşaraq, belə qeyd edib: “Dünya İranın 40 il ərzində milyonlarla əfqan qaçqına ev sahibliyi etməsini, töhfəsini və rolunu unutmamalıdır”.
 
Bu yaxınlarda İrana bir həftəlik səfərini başa vuran BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Asiya-Sakit Okean şöbəsinin direktoru İndrika Ratatuil belə deyib: “Bütün beynəlxalq tərəflər Əfqanıstan qaçqınlarını qəbul edən ölkələrə və Əfqanıstanla davamlı sülh əldə etmək səylərinə dəstək verməyi davam etdirməlidirlər.
 
Əfqanıstan qaçqınlarının İran təhsil sistemindəki mövcudluğu və fəaliyyətləri, bank xidmətlərinə çıxışı və bu sektorda işləməsi İran İslam Respublikasının digər ölkələrə nümunə olan Əfqanıstan qaçqınlarına dəstəyi və köməyi arasındadır”.
 

Google+ WhatsApp ok.ru