BMT: İraqda may ayında 900 nəfərə yaxın şəxs həyatını itirib

BMT-nin  açıqladığı son rəqəmlərə görə, tərkfirçi İŞİD terror qruplaşmasının  terror hücumları və zorakılıqlar nəticəsində may ayında İraqda təxminən 900 nəfərin həyatını itirdiyi bildirilir. 
 
Maide.Az xəbər verir ki, BMT-nin İraqa yardım missiyasının (UNAMI) verdiyi məlumata görə, may ayında 867  iraqlı ölüb, 1459 nəfər yaralanıb. Aprel ayında isə bu ölkədə 741   nəfər ölüb, 1374 nəfər yaralanıb.
 
Hesabata əsasən may ayında həyatını itirənlərin 1041 nəfəri, yaralananların isə 468 nəfəri mülki şəxsidir. May ayında İraq təhlükəsizlik qüvvələrinin itkisi  399 nəfər olub, 418 nəfər yaralanıb. Ay ərzində paytaxt Bağdadda 267 mülki şəxs ölüb, 740 mülki şəxs yaralanıb. 
 

Google+ WhatsApp ok.ru