BMT rəsmisi: Hər 5 suriyalıdan 4-ü yoxsulluq içində yaşayır

BMT rəsmisi: Hər 5 suriyalıdan 4-ü yoxsulluq içində yaşayır

-- Suriyada 2018-ci ildə 920 min nəfər yurdundan didərgin düşüb

Suriyada 13,1 milyon insanın humanitar yardıma ehtiyaci var.  Bunu BMT-nin Suriya Humanitar Yardım Koordinatoru Panos Moumtzis, BMT-nin Cenevrə ofisində təşkil etdiyi media toplantısında deyib.
 
 
Maide.Az "AA"a istinadən xəbər verir ki,  P.Moumtzis Suriyada 5,6 milyon nəfərinnin isə təcili köməyə ehtiyacı olduğunu bildirib. 
 
Onun sözlərinə görə, hər 5 suriyalıdan 4-ü yoxsulluq içində yaşayır və  son 7 ildə orta ömür müddətinin Suriyada 20 il azalıb. 
 
P.Moumtzis didərgin düşən Suriyalıların sayında son aylarda böyük bir artımın olduğunu bildirib. "Bu il yanvar ayından aprel ayına qədər Suriyada 920 min nəfər evindən didərgin düşüb və bu rəqəmin Suriyada müharibə başlandığı gündən didərgin düşənlərin sayında ən yüksək rəqəmdir."
 
P.Moumtzis qeyd edib ki, bu sürətlə davam edərsə daha 2,5 milyon nəfərin didərgin düşəcək və Türkiyə sərhədlərinə doğru gedəcək ki, bu bizi narahat edir.
 
P.Moumtzis didərgin düşənlərin Suriyada gedəcək başqa yerləri olmadığını söylədi.
 
O, Suriyada hal-hazırda dünyanın ən böyük təhlükəsizlik probleminin yaşandığını bildirdi.  
 

Google+ WhatsApp ok.ru