BMT rəsmisi: `Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər`

BMT rəsmisi: `Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər`

Yəməndə insanlar qida çatışmazlığı şəraitində yarpaqları yeməyə məcbur olurlar.
 
Maide.Az "deyerler.org"-a istinadla xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib.
 
Onun sözlərinə görə, hazırda kasıb ölkə Yəməndə vəziyyət fəlakətə yaxındır. Müntəzəm qidalanmaq imkanları olmayan əhalinin sayı yaxın vaxtlarda təxminən bir yarım dəfə arta, 11,5 milyon nəfər ola bilər.
 
Aclıq bir sıra rayonlarında müşahidə olunur.
 
"Biz insanların yarpaq yediklərini görürük, çünki başqa yemək yoxdur", - deyə Loukok bildirib.
 
Ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi son bir ayda Yəmən rialının təxminən 30% qiymətdən düşməsi ilə əlaqədardır.
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 

 

Google+ WhatsApp ok.ru