BMT: `Somali yarımadası, Yəmən və Nigeriyada aclıq kütləvi ölümlərə səbəb olacaq`

BMT: `Somali yarımadası, Yəmən və Nigeriyada aclıq kütləvi ölümlərə səbəb olacaq`

BMT Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərqində 20 milyondan çox insanın aclıqdan əziyyət çəkdiyini və aclıq təhlükəsilə üzləşdiyini bildirərək, kütləvi ölümlərin baş verə biləcəyi xəbərdarlığını edib.
 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, BMT-nin Humanitar İşlərin Əlaqələndirmə ofisinin sözçüsü Yens Laerke BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edərkən bu barədə danışıb.
 
Laerke bu dörd ölkədəki humanitar faciəni sona çatdırmaq üçün bu il 4,4 milyard dollar yardıma ehtiyac olduğunu söyləyib.
 
BMT-nin bu il dünya üzrə 100 milyon insana yardım çatdırmaq üçün ölkələrdən 22,8 milyard dollar tələb etdiyini xatırladan Laerke, indiyə qədər yalnız 2,7 milyard dolların toplandığını qeyd edib.
 
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının sözçüsü Adrian Eduard isə problem barədə belə danışıb: "Somali yarımadası, Yəmən və Nigeriyada aclıqla bağlı kütləvi ölümlərin baş verməsi ehtimalının artması səbəbindən xəbərdarlıq edirik".
 

Google+ WhatsApp ok.ru