BMT: `Son 24 saatda 35 min rohingiyalı müsəlman Banqladeşə keçib`

BMT: `Son 24 saatda 35 min rohingiyalı müsəlman Banqladeşə keçib`

Birləşmiş Millətlər Təşkilatı  (BMT) Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanların sayının 123 mini keçdiyini bildirib.
 
Maide.Az xəbər verir ki, BBC-nin xəbərinə görə, BMT rəsmiləri bildiriblər ki, son 24 saatda daha 35 min Arakanlı müsəlman Banqladeşə keçib. 
 
Myanmar ordusunun “silahlı hərbiçilərlə mübarizə” adı altına rohingiyalı müsəlmanlara qarşı avqustun 25-dən təşkil etdiyi hücumlar nəticəsində çox sayda arakanlı müsəlman həyatını itirib. Hücumlar müsəlmanların yaşadığı 60-dan çox kəndə edilib və onların evləri yandırılıb, on minlərlə Arakanlı müsəlman da can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.
 
Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edir, on minlərin sərhəd bölgəsində olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru