BMT: Son iki həftə ərzində Yəməndə 500-dən çox insan həlak olub

BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos məlumat verib ki, son iki həftə ərzində Yəməndə 500-dən çox insan həlak olub.
 
Valeri Amosun bəyanatında deyilir ki, 519 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 1.7 min nəfər isə yaralanıb. Bununla yanaşı, ölənlər arasında 90 nəfəri uşaqdır.  
 
Həmçinin baş katibin müavininin məlumatına əsasən, on minlərlə insan öz evlərini tərk etməyə məcbur olub. 

Google+ WhatsApp ok.ru