BMT sülhməramlılarına hücum edildi

BMT sülhməramlılarına hücum edildi

Mərkəzi Afrika Respublikasında BMT-nin hərbi maşın karvanına hücum olub.
 
Axar.az xəbər verir ki, Banqasu şəhəri yaxınlığında pusquda gözləyən terrorçular maşın karvanını atəşə tutublar. Hücum nəticəsində Mərakeşdən olan sülhməramlı əsgər həlak olub.
 
BMT faktla bağlı məsuliyyəti xristian və ənənəvi inanclar ardıcıllarından ibarət “Antibalaka” qruplaşmasının üzərinə götürdüyünü bildirib.
 
Xatırladaq ki, Mərkəzi Afrika Respublikasında xristian və müsəlmanlar arasında qarşıdurma uzun illərdir davam edir.

Google+ WhatsApp ok.ru