BMT: Səudiyyə Ərəbistanının Yəməndəki hücumları hərbi cinayət sayıla bilər

BMT: Səudiyyə Ərəbistanının Yəməndəki hücumları hərbi cinayət sayıla bilər

BMT Yəməndə baş verən 10 hava hücumunu araşdırıb.
 
Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənә qarşı həyata keçirdiyi 10 hava hücumunu araşdıran BMT, hücumlardan səkkizində "qanuni hərbi hədəf" olmadığını açıqlayıb.
 
AFP-nin xəbərinə əsasən, 292 dinc sakinin həlak olduğu Səudiyyə hücumlarının hərbi cinayət sayıla biləcəyi qeyd olunub. Xəbərdə, həmçinin Səudiyyə rejiminin koalisiyasının əsir aldığı Ənsarullah döyüşçülərinə işgəncə verdiyi və amansız davrandığı, bunun da hərbi cinayət sayılacağı bildirilib.
 
Həlak olan 292 nəfərdən ən az 100-nün qadın və uşaq olduğu bildirilib. Səudiyyə rejiminin koalisiyasının hücumları beynəlxalq humanitar hüquqa riayәt etmədən həyata keçirdiyi bildirilib. Qələbə əldə edə bilməyən Səudiyyə rejiminin "intiqam" məqsədilə mülki hədəfləri vurduğu deyilir. (deyerler) /

Google+ WhatsApp ok.ru