BMT Təhlükəsizlik Şurasında sədrlik Polşaya keçdi

BMT Təhlükəsizlik Şurasında sədrlik Polşaya keçdi

-- Polşa bu vəzifəni may ayı ərzində tutacaq

Mayın 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik Polşaya keçir.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, Beynəlxalq təşkilatın Nizamnaməsinin 30-cu maddəsinə əsasən Təhlükəsizlik Şurasının üzvləri arasında aylıq rotasiya əlifba sırasına əsasən müəyyən edilir. Polşa bu vəzifəni may ayı ərzində tutacaq.
 
Polşa Prezidenti dəftərxanasının rəhbəri Kşiştof Şerskinin jurnalistlərə verdiyi məlumata görə, Polşanın sədrliyi çərçivəsində mayın 17-də BMT Təhlükəsizlik Şurasında açıq diskussiya keçirmək planlaşdırılır. Polşa Prezidenti Ancey Dudanın sədrliyi ilə aparılacaq diskussiyada beynəlxalq hüquqa riayət olunması məsələləri münaqişələrin həllində alət kimi nəzərdən keçiriləcək.
 
İkinci diskussiya mayın 22-də Polşa xarici işlər naziri Yasek Çaputoviçin rəhbərliyi ilə keçiriləcək və silahlı münaqişələrdə humanitar hüquq və mülki şəxslərin müdafiəsi məsələlərinə həsr ediləcək.
 

Google+ WhatsApp ok.ru