BMT təsdiqlədi: Myanma ordusu Rohinciyalı müsəlmanlara hücum edib

BMT təsdiqlədi: Myanma ordusu Rohinciyalı müsəlmanlara hücum edib

BMT müfəttişləri Myanma ordusunun Rohinciyalı müsəlmanlara qarşı hücumları qəsdən törətdiyini təsdiqləyib. 
 
Maide.Az-a xarici KİV-lərə istinadla xəbər verir ki,  bu barədə BMT-nin müfəttişi Thomas Hank bidirib. O hesabatında qeyd edib ki, Myanma təhlükəsizlik qüvvələrinin Rohinciyalı müsəlmanların evlərini, əkin sahələrini və kəndlərini yandırmasına dair  çox etibarlı sənəd və sübutlar əldə olunub. 
 
T.Hank deyib ki, Myanma təhlükəsizlik qüvvələri Raxin əyalətinin  şimalındakı kəndləri qəsdən yandırmaqla müsəlmanların  bir daha  geri dönməməsi üçün çalışır. “Onlar Rohinciyalı müsəlmanları  yaşadıqları ərazidən qovmaqla yanaşı həmdə  onların kəndlərini, əkin sahələrini və evlərini yandırır ki,  müsəlmanlar bir daha geri dönməsin”. 
 
Qeyd edək ki, avqust ayının 25-dən Myanma müsəlmanlarına qarşı  təhlükəsizlik qüvvələri və ifratçı buddistlərin hücumları artıb. 
 
Bölgədə humanitar vəziyyət kəskin şəkildə pisləşib. Banqladeşə qaçan Arakan vilayətinin sakinlərinin sayı 515 min nəfəri keçib.

 

Google+ WhatsApp ok.ru