BMT: Uşaqlar arasında piylənmə halları artıb

BMT: Uşaqlar arasında piylənmə halları artıb

Dünya boyu bütün yaş qruplarında, beş yaşadək uşaqlar da daxil olmaqla, artıq çəki və piylənmə halları artıb.
 
Maide.Az xəbər verir ki,  bu BMT-nin hesabatında bildirilib.
 
"Artıq çəki bütün yaş qruplarında artmadadır. 2018-ci ildə 40 milyon 5 yaşadək uşaq artıq kilodan əziyyət çəkib, yani dünyada beş yaşadək olan bütün uşaqların 5,9%.
 
Ən çox artıq çəkidən və piylənmədən əziyyət çək 5 yaşadək uşaqlar Şimali Afrika və Qərbi Asiyada qeydə alınıb”. – hesabatda deyilir.
 
Təşkilat qeyd edir ki, həmən uşaqlarda tibbi və psixoloji problemlər daha çox olur.
 
Hesabata görə, keyfiyyətsiz qidalanma piylənmə, həm də geniş yayılmış bir problemə - kifayət qədər yeməməyə səbəb olur. /Trend /
 

Google+ WhatsApp ok.ru