BMT: Venesuelada 2,8 milyonadək insanın yardıma ehtiyacı var

BMT: Venesuelada 2,8 milyonadək insanın yardıma ehtiyacı var

Venesuelada aralarında 1,1 milyonadək uşağın da olduğu 2,8 milyonadək sakin tibbi yardıma möhtacdır, ölkədə ölüm faizi və qeyri-yoluxucu xəstəliklər artıb".
 
Maide.Az "Report"-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Venesuelada humanitar vəziyyətə həsr olunan təcili iclasında BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Mark Lokok bildirib.
 
"Venesuelada səhiyyə sistemi işçi heyəti, tibbi avadanlıq, dərman qıtlığı, həmçinin elektrik enerjisi təchizatında fasilələrlə üzləşir. Bu da diabet, hipertoniya, xərçəng, immun çatışmazlığı kimi, xəstəliklərdə ölüm faizini artıran amillərdir. Bununla yanaşı, vərəm, difteriya, malyariya kimi qeyri-yoluxucu xəstəliklərdə də artım var", - BMT rəsmisi qeyd edib.
 

Google+ WhatsApp ok.ru