BMT: Yəmən xalqının taleyinə laqeyd yanaşmaq rüsvayçılıqdır

BMT-nin iki yüksək səviyyəli rəsmisi Yəmən böhranından qaynaqlanan insan facisəi qarşısında sükut etməyi rüsvayçılıq adlandırıb və Yəmən böhranı üçün siyasi bir həll yolunun tapılmasını istəyiblər.
Maide.az İRNA-ya istinadən məlumat verir ki, BMT baş katibinin soyqırımı məsələləri üzrə xüsusi köməkçisi Adam Ding və BMT baş katibinin mühafizə məsuliyyəti üzrə müşaviri Cenifer Voloş çərşənbə günü bir bəyanat yayaraq, Yəmən xalqının dözülməz vəziyyəti qarşısında dünya ictimaiyyətinin sükut etməsini rüsvayçılıq adlandırıb, Yəməndə yaşanan faciəni qınayıblar. 
Bu iki BMT rəsmisi həmçinin xəbərdarlıq ediblər ki, Yəməndə cərəyan edən hadisələr daha sonra ölkənin mərkəzlərinə doğru genişlənən zorakılıqlar və kobudluqların artmasına səbəb olacaq. 
BMT baş katibinin 2 müşavirinin bəyanatında həmçinin xəbərdarlıq edilir ki, qarşıdurma tərəflərinin yaranmış böhranın həlli üzrə siyasi həll yolunun tapılmasında razılığa gələ bilməyəcəkləri təqdirdə böhran davam edəcək. 
BMT-nin hesabatlarına görə, Ərəbistanın Yəmənə olan hücumları davam edir və hər gün bu ölkə infrastrukturları daha artıq dağıdılır, yaşayış binaları, məktəblər və xəstəxanalar bombardman edilir. /
 

 

Google+ WhatsApp ok.ru