BMT : Yəmənin mühasirəsinə təcili son qoyulsun

BMT : Yəmənin mühasirəsinə təcili son qoyulsun

-- Mühasirəyə görə 1 milyon yəmənli uşaq difteriya xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir

Birləşmiş Millətlər Təşkilatı (BMT) elan edib ki, Səudiyyə Ərəbistanın Yəməni mühasirəsinə görə, 1 ilyon yəmənli uşaq difteriya xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir. 
 
Maide.Az “Al Jazeera”-ə istinadən xəbər verir ki,   BMT bildirir ki,  Səudiyyə Ərəbistanın başçılıq etdiy koalisiyanın mühasirəsi nəticəsində "difteriya" xəstəliyinə qarşı  Yəmənli uşaqların peyvənd edilməsi üçün lazım olan vasitələr ölkəyə gətirilə bilməyib və bu, xəstəliyin artmasına səbəb olub. 
 
BMT nəzarəti altında fəaliyyət göstərən 3 qrum rəhbərliyi  (BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və  Dünya Sağlamlıq Təşkilatı (ÜST) rəhbərliyi ) Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyadan istəyib ki,  Yəmənin mühasirəsinə təcili son qoysun. 
 
“Yəmən əhalisindən 7 milyon nəfər aclıqdan əziyyət çəkir.  Bu ölkənin limanlarının mühasirəsinin davam etdirilməsi səbəb olacaq ki, aclıqdan əziyyət çəkənlərin sayı daha 3,2 milyon nəfər artsın. Bu mühasirənin ziyanı onun qurbanlarının statistikası ilə ölçülür.”
 
Hər 3 qurum rəhbərliyi  Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyadan tələb edib ki, ən ağır insan faciəsinin qarşısını almaq məqsədilə Yəmənə həyat üçün vacib olan məhsulların girişinə icazə versin. 
 
Onlar həmçinin elan edib ki, Yəmənli uşaqlar vəba xəstəliyinin yeni dalğasına tutulması ilə üz-üzədir.  
 
Qeyd olunub ki, ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub. 
 
Qeyd edək ki, difteriya -  adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə olan məsamələrə düşməsi nəticəsində yaranan yoluxucu xəstəlikdir. 
 
Xatırladaq ki,  2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Hazırda ölkədə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.   
 
 
 

Google+ WhatsApp ok.ru