BMT:  Yəmən xalqının 75 faizinin təcili yardıma ehtiyacı var

BMT: Yəmən xalqının 75 faizinin təcili yardıma ehtiyacı var

Yəmən vətəndaşlarından 8 milyon nəfərin özləri üçün daha bir gün yemək tədarük etməyə imkanları yoxdur

Birləşmiş Millətlər Təşkilatı (BMT)  Yəmən vətəndaşlarından 8 milyon nəfərin  özləri üçün daha bir gün yemək tədarük etməyə imkanlarının olmadığını bildirib. 
 
Maide.Az  “aljazeera”-ə istinadən xəbər verir ki,  BMT özünün yeni hesabatında bildirib ki,  Yəmən xalqının 75 faizinin  təcili yardımlara ehtiyacı var.  “Cari ildə  13 milyon yəmənlinin yardıma ehtiyacı var. Onlardan 8 milyon nəfərin özləri üçün daha bir gün yemək  tədarük etməyə belə imkanları yoxdur.”
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya  2 il yarım öncə  Yəmən sabiq prezidenti  Mənsur  Hadini təkrar iqtidara  gətirmək məqsədilə  ölkəyə təcavüz etmiş.  Səudiyyə rejiminin  başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək  10 min Yəmənli həyatını itirib və 21233 yəmənli isə yaralanıb.  On minlərlə insan evlərindən didərgin düşüb.
 
BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların  dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün  hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.
 
 

 

Google+ WhatsApp ok.ru