BMT: Yəməndə hər il 5 yaşına çatmamış 2 min uşaq acından ölür

BMT: Yəməndə hər il 5 yaşına çatmamış 2 min uşaq acından ölür

Yəməndə hər il 5 yaşına çatmamış 2 min uşaq acından və kifayət qədər qida qəbul edə bilmədiyinə görə ölür. Dünya dövlətləri bu problemə biganə yanaşmaqda davam etsələr vəziyyət daha da pisləşəcək.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, bu bəyanatla MBT-nin Əhali Fondunun regional rəhbəri Lui Khaban çıxış edib.
 
O bildirib ki, qida çatışmazlığı, aclıq, müxtəlif yoluxucu xəstəliklər Yəməndə 1 milyon 100 min hamilə qadının həyatına böyük təhlükə yaradıb. Onun sözlərinə görə, bu qadınların sağlam uşaq dünyaya gətirəcəkləri və doğuş zamanı özlərinin həyatda qalacaqları böyük şübhə altındadır.
 
L. Khaban bildirib ki, onun rəhbərlik etdiyi təşkilatın Yəməndə insanlara yardım etmək üçün resursları bitmək üzrədir. Bir çox hallarda hərbi əməliyyatlar və şəhərlərin bombalanması uşaq və qadınlara yardım göstərməyi mümkünsüz edib.
 
BMT-nin təmsilçisi dünya dövlətlərini Yəməndəki humanitar fəlakətə diqqət ayırmağa çağırıb.
 
Bu və başqa çağırışlara baxmayaraq, dünyanın böyük dövlətləri, demokratiya və insan hüquqları və söz azadlığından yorulmadan danışan liderlər müharibənin cənginə düşmüş bu kasıb ölkəyə yardım etməyə tələsmirlər.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 

 

Google+ WhatsApp ok.ru