BMT: Yəməndə vəziyyət dözülməz həddə çatıb

BMT: Yəməndə vəziyyət dözülməz həddə çatıb

BMT  cari ilin ilk 6 ayında Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində  1000-dən çox dinc sakin öldürüldüyünü və bu ölkədə vəziyyətin dözülməz həddə olduğunu açıqlayıb.   
 
Maide.Az xəbər verir ki, BMT-nin Yəməndəki humanitar yardımlar kordinatoru Liz Qrandi  iyulun 12-də Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Yəmənin şimal-qərbində yerləşən Həcca vilayətini bombalaması və  7 uşaq, 3 qadının və 2 kişinin öldürülməsini pisləyib.
 
O, Səudiyyə rejiminin koronavirus epidemiyasının yayıldığı bir vaxtda   atəşkəs rejimini pozması və dinc sakinləri qətlə yetirməsinin yolverilməz olduğunu bildirib.
 
L.Qrandi Yəməndə öldürülən qadın və uşaqların ailələrinə başsağlığı  verib və yaralılar üçün sağlamlıq arzu edib.  "Yəməndə vəziyyət dözülməz həddə çatıb. Tibbi xidmətlər və içməli su təminatı üçün  lazimi büdcə yoxdur, bu xidmətlər dayandırılıb. Yəmən yenidən aclıq təhlükəsilə üz-üzədir."
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.  
 

Google+ WhatsApp ok.ru