BMT: Yəmənin cənubunda 98.000 uşaq aclığa görə ölümlə üzləşib

BMT: Yəmənin cənubunda 98.000 uşaq aclığa görə ölümlə üzləşib

Yəməndəki BMT-yə aid təşkilatlar ölkənin cənubunda 5 yaşınadək uşaqlar arasında kəskin qeyri-kafi qidalanma hallarının artdığını, təcili müalicə edilmədiyi təqdirdə 98.000 uşağın ölə biləcəyini açıqlayıblar.
 
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) birgə bəyanatında belə qeyd olunub: “Üç təşkilatın kəskin qeyri-kafi qidalanma ilə bağlı apardığı sonuncu araşdırma, 2020-ci ildə Yəmənin cənubunda kəskin qidalanma hallarında 10% artım olduğunu göstərdi”.
 
Araşdırmanın ölkənin cənubundakı 1,4 milyon 5 yaşınadək uşağın olduğu 133 bölgəni əhatə etdiyi bildirilən açıqlamada, belə qeyd olunub: “Yəmənin cənub bölgələrində 5 yaşınadək uşaqlar arasında yarım milyondan çox qeyri-kafi qidalanma hadisəsi qeydə alınıb”.
 
Açıqlamada, kəskin qeyri-kafi qidalanma xəstəliyindən əziyyət çəkən 5 yaşınadək uşaqların nisbətinin 2020-ci ildə 15,5%-ə çatdığı və təcili olaraq müalicə edilmədiyi təqdirdə 98 min uşağın ölüm təhlükəsi ilə üzləşəcəyi bildirilib.
 
Açıqlamada Əbyan, Lahic və Taizz bölgələrinin bu vəziyyətdən ən çox təsirləndiyi və bu bölgələrdəki hər beş uşaqdan birinin kəskin qeyri-kafi qidalanmadan əziyyət çəkdiyi və Hudeyda əyalətinin aşağı hissələrində uşaqların 27%-nin kəskin qeyri-kafi qidalanmadan əziyyət çəkdiyi vurğulanıb.
 
Açıqlamada hamilə və ya südverən qadınların ən azı dörddə birinin müalicə almalı olduğu qeyd olunub.
 
UNİCEF-in Yəməndəki nümayəndəsi Filip Duamelle minlərlə qadın və uşağın həyatının təhlükə altında olduğunu söyləyib: “Kəskin qeyri-kafi qidalanma əsaslı qayğı paketi vasitəsi ilə müalicə oluna və qarşısı alına bilər. Ancaq buna nail olmaq üçün təcili tədbirlərə və dəstəyə ehtiyacımız var”.
 
O, BMT və tərəfdaşlarının, kəskin qeyri-kafi qidalanmadan əziyyət çəkən uşaqların müalicəsi daxil olmaqla qidalanma proqramlarını təcili olaraq genişləndirmək üçün 20 milyon dollardan çox ehtiyac olduğunu söyləyib. / deyerler/ 
 

Google+ WhatsApp ok.ru