BMT: Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb

BMT: Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb

-- noyabrın 12-nə olan vəziyyətə görə..

Yəməndə vəbaya yoluxduğu şübhə edilən insanların sayı 925 min nəfərə çatıb. 
 
Maide.Az  "Report"a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak məlumat verib.
 
"Humanitar məsələlərin əlaqələndirilməsi idarəsi xəbər verir ki, noyabrın 12-nə olan vəziyyətə görə, Yəməndə 925 mindən çox vəbaya yoluxma şübhəsi və 2,2 mindən çox onunla bağlı ölüm halı qeydə alınıb", - deyə o bildirib.
 
Qeyd edək ki,  2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Hazırda ölkədə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.   
 
Xatırladaq ki, BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. 

 

Google+ WhatsApp ok.ru