BMT ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsini araşdırmağa çağırıb 25 Avqust 2018 01:00 Yəmən Birləşmiş Millətlər Təşkilatı (BMT) başda Səudiyyə Ərəbistanı olmaqla ərəb koalisiyasını Yəmənə endirilən hava zərbələrini dayandırmağı çağırır. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun sözlərinə görə, 26 məktəblinin ölümünə səbəb olan hava zərbəsinin detalları müstəqil və qərəzsiz araşdırılmalıdır. Qeyd edək ki, avqustun 23-də koalisiya təyyarələri Yəmənin Hodeyda əyalətinin Əd-Durayhimi rayonuna 22 uşaq və dörd qadının ölümü ilə nəticələnən hava zərbəsi endirib. Həmin gün daha bir hava zərbəsi həmin rayonda dörd uşağın ölümünə səbəb olub. Teqlər : #BMT ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsini araşdırmağa çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə ordusu yenidən uşaqlara atəş açıb: 26 ölü var BMT: Səudiyyə Ərəbistanı Yəməndə hərbi cinayət törədir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'