BMT ABŞ-da insan haqlarının vəziyyətini tənqid etdi

BMT ABŞ-da insan haqlarının vəziyyətini tənqid etdi

BMT-nin İnsan Haqları Şurası ABŞ rəhbərliyini afroamerikalılara qarşı irqçi polis zorakılığına, ölüm cəzasına və sərhəd bölgələrindəki miqrant uşaqları ailələrindən ayırmasına görə tənqid edib.
 
BMT-nin İnsan Haqları Şurası ABŞ-da 2015-ci ilin may ayında ilk dəfə başlayan insan haqları istintaqının Donald Tramp administrasiyasının siyasətlərinə qarşı ittiham aktı olaraq qəbul edildiyini bildirib.
 
Bu arada, şuranın iclasında iştirak edən bir çox ölkənin nümayəndə heyəti Amerikanın yeni prezidentindən bu ölkədə insan hüquqları sahəsində köklü islahatlar etməsini istəyiblər.
 
Amerikanın Vətəndaş Azadlıqları Birliyinin insan hüquqları proqramının rəhbəri Cemil Dakuar, Amerikadakı insan haqları vəziyyətini qınadığı açıqlamasında, Vaşinqton rəhbərliyindən polis gücünün irqçi təbiəti və şiddət tətbiqinə qarşı ciddi tədbirlər görməsini və həyata keçirməsini istəyib.
 
Çin və Rusiya nümayəndə heyəti də, ABŞ-dan polis gücünün irqçiliyi və zorakılığına bir həll yolu tapmasını istəyib.
 
ABŞ-ın prezidenti Donald Tramp BMT-nin İnsan Haqları Şurasını İsrail rejiminin əleyhinə siyasət aparmaqda günahlandıraraq, 2018-ci ilin iyun ayında şuradan çıxmışdı. /deyerler.org/
 

Google+ WhatsApp ok.ru