BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən 5 qətnamə qəbul edib 01 Dekabr 2018 10:54 Fələstin BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib. İllik əsasda təsdiq olunan sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur. Bütün qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbluna qarşı çıxan ölkələrin sayı 14-ü keçməyib. Onların əleyhinə səs verən ölkələr arasında ABŞ, İsrail, Kanada və Avstraliyanın adı var. Baş Assambleya, xüsusilə, "Fələstin probleminin sülh yolu ilə həll olunması" sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli, davamlı və hərtərəfli şəkildə sülh yolu ilə həllinə nail olmaq və prosesi sürətləndirmək məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir. Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır. /eastnews.org/ Teqlər : #BMT,#Baş,#Assambleyası,#Fələstini,#dəstəkləyən,#və,#İsrail,#işğalını,#pisləyən,#qətnamə,#qəbul,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli gənclər İbrahimi məscidini qorumaq üçün aksiyaya start veriblər Qəzzada dünənki cümə yürüşə də xəsarətlərlə yadda qalıb (FOTO)
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar