BMT baş katibi: `İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər`

BMT baş katibi: `İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər`

O, İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyindən narahatçılığını ifadə edib
 İŞİD terror qruplaşmasının 2014-cü ildə İraqın Sincar şəhərində törətdiyi əməllər insanlığa qarşı cinayət və hətta soyqırımı hesab oluna bilər.
"Report" xəbər verir ki, bu fikri çərşənbə günü BMT-nin baş katibi Pan Gi Mun səsləndirib.
O, bununla əlaqədar ölkədəki vəziyyəti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə çatdırmağı təklif edib.
Eyni zamanda baş katib hazırda İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyi ilə bağlı narahatçılığını ifadə edib və qeyd edib ki, onların azad olunması hərbi əməliyyatların prioritet hədəfi olmalıdır.
Xatırladaq ki, İraqın Sincar şəhəri 2014-cü ilin avqustunda terrorçuların əlinə keçib və yalnız 2015-ci ilin sonunda azad olunub.

Google+ WhatsApp ok.ru