BMT baş katibi Ayətullah Sistaniyə məktub göndərib 19 İyul 2014 01:00 Dünya Ayətullah Sistani BMT baş katibi Pan Gi Munun İraqa göndərdiyi nümayəndəsini qəbul edib. Maide.az-ın SumariyaNews-a istinadla verdiyi xəbərə görə, şiə dünyasının İraqlı müctəhidi Ayətullah Sistani bu gün BMT baş katibinin göndərdiyi nümayəndə Nikolay Miladinovu qəbul edib. N.Miladinov Ayətullah Sistani ilə görüşdükdən sonra keçirilən mətbuat konfransında Pan Gi Mun tərəfindən müctəhidə məktub gətirdiyini deyib. BMT nümayəndəsinin sözlərinə görə, baş katib göndərdiyi məktubda Ayətullah Sistaninin İraqdakı hadisələrlə bağlı nümayiş etdirdiyi hümanist mövqeyini yüksək qiymətləndirib və onun məzhəbçiliyə qarşı atdığı addımları yüksək dəyərləndirib. Qeyd edək ki, Ayətullah Sistani İraqın ən nüfuzlu müctəhid və alimi olmaqla yanaşı ərəb və şiə dünyasının da ən tanınmış alimlərindəndir. Ayətullah Sistaninin İraqa gələn ABŞ, Avropa, Ərəb rəsmilərini, hətta, İran prezidenti Mahmud Əhmədinejadı qəbul etməməsi onun müstəqil mövqe sahibi olmasını əks etdirir. Elspertlərin fikrincə, İraqda Ayətullah Sistaninin dəstək verdiyi hər hansı bir siyasi cinahın qələbəsi labüddür. Teqlər : #BMT baş katibi Ayətullah Sistaniyə məktub göndərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli anaların, `Şəhadətin mübarək, oğlum` sədaları Həmas: İslami müqavimət hərəkatı qüvvələri sionist rejimin 14 əsgərini öldürüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO