BMT baş katibi dünyanı qaçqınlara kömək üçün birləşməyə çağırır

BMT baş katibi dünyanı qaçqınlara kömək üçün birləşməyə çağırır

 
Dünya birliyi qaçqınlara və onları qəbul edən ölkələrə yardımlarını genişləndirməlidir.
 
Maide.Az xəbər verir ki, bu barədə dünən Cenevrədə keçirilən Qlobal Qaçqınlar Forumunda BMT-nin baş katibi Antoni Quterreş açıqlama verib.
 
Dünya qaçqınların böyük qruplarını qəbul edən ölkələrə təşəkkür etməlidir, lakin beynəlxalq birlik onları dəstəkləmək üçün daha çox iş görməlidir. İndi dünyada, BMT-nin hesablamalarına görə, evlərini tərk etmək məcburiyyətində qalan 70 milyondan çox insan var. Onlardan 25 milyondan çoxu xarici ölkələrdədirlər. 
 
Qeyd etmək lazımdır ki, ilk Qlobal Qaçqınlar Forumunda dünya təşkilatının üzvü olan ölkələrin nümayəndələri, beynəlxalq qurumlar, biznes, vətəndaş cəmiyyəti, habelə qaçqın və vətəndaşlığı olmayan şəxslər iştirak edir.
 
Forum iştirakçıları arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri də var.

Google+ WhatsApp ok.ru