BMT baş katibi həyəcan siqnalı verdi

BMT baş katibi həyəcan siqnalı verdi

-- Antonio Quterres: `Biz dialoqun bərpası üçün əlimizdən gələni etməliyik ki, tərəflər ötən həftə olan gərginliyi aradan qaldıra bilsin`

 
 BMT-nin baş katibi Antonio Quterres sensasiyalı açıqlama verib.
 
Maide.Az "Sputnik"-a istinadla xəbər verir ki, o, BMT TŞ-nin iclasında dünyada ikinci "soyuq müharibə"nin başlandığını bəyan edib.
 
Suriyaya Qərb koalisiyasının raket zərbələrinin nə dərəcədə qanuni olması barədə sualı Quterres belə cavablandırıb: "Belə vəziyyətlərdən çıxış yolu tapmaq üçün açıq-aydın qaydalarımız var. Amma indi dönüb geri baxmamaq vacibdir. Çünki "soyuq müharibə" qayıdıb".
 
"O vaxt ABŞ və Sovet İttifaqı arasında ciddi bir qarşıdurma var idi. İndi Vaşinqton və Moskva əvvəllər olduğu kimi hər kəsə nəzarət edə bilmir. Bir çox ölkələr bölgədə çox fəaldır. Türkiyə, İran, Səudiyyə Ərəbistanı və başqalarıgüclü təsir imkanlarına malikdir"- deyə Quterres bildirib.
 
"Soyuq müharibə" zamanı qarşıdurma riski olduqda hadisələrin nəzarətdən kənara çıxmamasını təmin etmək üçün dialoq, nəzarət və ünsiyyət üçün funksiyalar vardı. İndi artıq belə mexanizmlər yoxdur. Buna görə vəziyyət çox təhlükəli idi və mən hər şeyin sakitləşdiyindən məmnunam" — baş katib əlavə edib.
 
Quterres Rusiya ilə Qərb arasında yaşanan münaqişəni "ciddi" adlandırıb: "Biz dialoqun bərpası üçün əlimizdən gələni etməliyik ki, tərəflər ötən həftə olan gərginliyi aradan qaldıra bilsin".
 
Xatırladaq ki, aprelin 14-də ABŞ, Fransa və Böyük Britaniya Suriyada kimyəvi silahların istehsal edildiyi və saxlanıldığı obyektlərə zərbələr endirib. Buna səbəb Bəşər Əsədə bağlı hərbi qüvvələrin kimyəvi silahdan istifadə edilməsi iddiası olub.
 
Rəsmi Dəməşq və Moskva hesab edir ki, bu iddia təxribat xarakterlidir. Ayrıca, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı Suriyada kimyəvi silahdan istifadə edildiyini təsdiq etməyib.

Google+ WhatsApp ok.ru