BMT Baş katibi Hindistana xəbərdarlıq etdi

BMT Baş katibi Hindistana xəbərdarlıq etdi

BMT Baş katibi Antonyo Quterres Hindistan hökuməti qarşısında kəşmirli uşaqlarla bağlı tələb qoyub. 

 Baş katib Antonyo Quterres açıqlamasında bildirib ki, Hindistan hökuməti Kəşmirdəki uşaqları qorumaq üçün addımlar atmalıdır. 

"Hindistan hökuməti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəçiliklərə əməl etməlidir. Uşaqların qorunması üçün qabaqlayıcı tədbirlər görülməlidir", - deyə Antonyo Quterres diqqətə çatdırıb. 

 O, qeyd edib ki, Hindistan hökumətinin Kəşmirdə saxladığı 68 yeniyetməyə görə də BMT rəhbərliyi narahatdır. /eastnews.org/

Google+ WhatsApp ok.ru