BMT Baş katibi Kəşmirə görə çağırış etdi

BMT Baş katibi Kəşmirə görə çağırış etdi

BMT Baş katibi Antonyo Quterres Pakistana səfəri zamanı Cammu və Kəşmirlə bağlı danışıb.

 
Antonyo Quterres Hindistan rəhbərliyindən kəşmirlilərə qarşı ədalətli olmalarını istəyib.  
 
"Hindistan hökuməti BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət etməlidir. Kəşmirlilərin bütün hüquqları pozulur", - deyə Antonyo Quterres diqqətə çatdırıb.  
 
Pakistan Baş Naziri İmran Xan da BMT Baş katibinə kəşmirlilərə verdiyi dəstəyə görə təşəkkür edib.

Google+ WhatsApp ok.ru