BMT Baş katibi müsəlmanları təbrik etdi

BMT Baş katibi müsəlmanları təbrik etdi

Dünyadakı milyonlarla müsəlmana Müqəddəs Ramazan ayının başlaması münasibətilə ən səmimi arzularımı çatdırıram.
 
Maide.Az "Kult.az"a istinadla xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş dünya müsəlmanlarının Ramazan bayramını təbrik edərkən deyib.
 
O bildirib ki, bu dəfə Ramazan bayramı çox fərqli keçəcək:
 
“Yeni tip koronavirusa qarşı görülən tədbirlər bir çox kollektiv fəaliyyətlərə təsir edəcək. Eyni zamanda, xeyli insan Ramazan ayına müharibələrin kölgəsində girəcək”.
 
Qurani-Kərimdən sülh ayələrini xatırladan Quterreş beynəlxalq aləmə atəşkəs çağırışı edib:
 
“Bəşəriyyətin ümumi düşməni olan virusa qarşı mübarizə aparmağımız vacibdir”.
 

Google+ WhatsApp ok.ru