BMT İŞİD-i soyqırım törətməkdə ittiham etdi

BMT-nin İnsan haqları üzrə ali komissarının idarəsi yeni məruzə hazırlayıb.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sənəddə İŞİD terror qruplaşması etnik-dini azlıqlardan sayılan yezidlərə qarşı genosid törətməkdə suçlanır.
 
Hesabatda əksini tapan məlumatlar qismində işgəncələr, qətlər, inancını dəyişməyə məcbur etmə, uşaqların istismarı, seksual quldarlığa cəlb etmə kimi faktlar yer alıb.
 
İdarədən bildirildiyinə görə, İŞİD-çilərin yezidlərə münasibəti “qədim icmanı şüurlu şəkildə məhv etmək istəyi” kimi görünür.
 
Hesabatda həmçinin, İraq ordusunun qəddarlıqlarından da danışılır. 
 
Bu ilin yanvarında İŞİD 350 yezidi – qoca, qadın və uşaqları kürd dəstələrinə təhvil verib./
 

Google+ WhatsApp ok.ru